
Bazar və bazar ertəsi günləri həyata keçirilən 16 edamla birlikdə, Pezeşkian dövründəki ümumi edam sayı 1302 nəfərə çatır.
Gununsesi.info xəbər verir ki, təkcə may ayında 176 edam aktı olub.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 141% artım deməkdir.
İranlı müxalif siyasətçi Məryəm Rəcəvi bildirir ki, edamların şokedici hesabatı xalq üsyanının qarşısını almağa yönəlmiş cəhddir, lakin bu, xalqın mollalar rejimindən qurtulmaq əzmini daha da möhkəmlədir.
Edam olunan insanların bəzilərinin adları da açıqlanıb.
Məsələn, təkcə dünən, üç iyunda iki məhbus — 38 yaşlı bəluç həmvətənimiz Məcid Behzadi Kirman vilayətinin Menuçan zindanında və Nasir Nəbizadə Urmiyada edam edildilər.
2 iyun günü 11 məhbus — Məhəmmədəmin Rəstgəri Səmnanda, Əli Abbasi Möqəddəm, Əlirza Şahbazi, Qurbanəli Kəməri Nəsr, Şəkərəllah, Bəhzad və adı açıqlanmayan bir məhbus Qəzəlhəssar zindanında, Nəvid Hədavəndxani və Nəim Nasiri Həmədan vilayətində, həmçinin 30 yaşlı İman Sabəqi və 32 yaşlı Nədim Davudi Kəhnuc şəhərində dar ağacından asıldılar.
1 iyun isə 5 məhbus — 30 yaşlı Fəxrəllah Şiruzehi və 35 yaşlı İbrahim Ləcəi Bəmdə, 25 yaşlı Cümə Naruieh Zahiranda, Şahmirzə Rəhməti Xorramabadda və Məhəmmədrza Mənsuri Kirmanda asılaraq edam olundular.
28 may günü 20 məhbusu dar ağacına göndərilib. Əvvəlki bəyanatda adları qeyd olunan məhbuslardan əlavə, 29 yaşlı Məhəmməd Şahmoradi və 28 yaşlı Fərhud Hüseyni Kirmanşahda edam edildilər.
O cümlədən 27 may günü 11 məhbus edam edildi. Əvvəlki bəyanatda adları qeyd olunmuş şəxslərdən əlavə, 32 yaşlı Yasər Əmini və 30 yaşlı Mehdi Möqəddəm Qəzvində dar ağacından asıldılar.
Ölkə daxilindən alınan əlavə məlumatlara əsasən, əvvəlki bəyanatlarda adı çəkilən edam olunmuş məhbuslardan əlavə, İsmayıl Moradi, Həmid Əsədi və Səid Kərimi də ordibehəşt ayının sonunda (may ayının sonlarında) Qəzəlhəssar zindanında edam ediliblər.
Məryəm Rəcəvi onu da əlavə edib ki, bu cinayətlər qarşısında səssizlik, bu gün dünyada cinayət və terrorizmi təşviq edir.