Niderlandın baş naziri istefa verdi

  • By Günel
  • 03 İyun 2025 19:58

Niderlandın Baş naziri Dik Şuf ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra istefa verdiyini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, hökumətin istefasını Niderlandın kralı Villem Aleksandra təqdim edəcəyini deyib.

“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi yoxdur”, – deyə o, Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

Gununsesi.info