Bahalı hədiyyələr Monqolustanın Baş nazirinin istefası ilə nəticələndi

  • By Günel
  • 03 İyun 2025 20:40

Monqolustan parlamenti Baş naziri vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, Ulan-Batorda antikorrupsiya etirazları həftələrdir davam edir.

Bu fonda Monqolustan parlamenti baş nazir Luvsannamsrain Oyun-Erdenenin istefaya göndərilməsi barədə qərar qəbul edib. Monqolustanın Baş naziri Luvsannamsrain Oyun-Erdene çərşənbə axşamı, iyunun 3-də ölkənin paytaxtı Ulan-Batorda həftələrlə davam edən antikorrupsiya etirazları fonunda istefa verdiyini açıqlayıb. Bir gün əvvəl Monqolustanın Böyük Dövlət Xuru (parlamenti) gizli səsvermədən sonra hökumət başçısının istefası haqqında qərar qəbul edib.

Beynəlxalq agentliklərin məlumatına görə, Ulan-Batorda etirazçılar nişanlısı ondan brilyant üzük, avtomobil və dizayner çantası da daxil olmaqla, bahalı hədiyyələrin şəkillərini sosial şəbəkədə yerləşdirən 22 yaşlı oğlunun gəlir mənbəyini açıqlamasını tələb edirlər.

AFP agentliyinin məlumatına görə, bir çox gəncin marağına səbəb olan hazırkı etiraz aksiyalarında ümumi şüar “İstefa asandır” olub.

Gununsesi.info