
Ailəsi ilə birlikdə Portuqaliyada tətil edərkən itkin düşən 3 yaşlı Madeleine McCann-ın itkin düşməsindən 18 il sonra yenidən axtarışlara başlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Portuqaliyada ailəsi ilə tətildə olarkən itkin düşən və 18 ildir taleyi məlum olmayan Madlen Makkan üçün yeni axtarışlara başlanıldığı açıqlanıb. Britaniya vətəndaşı olan McCann 2007-ci il mayın 3-də itkin düşəndə 3 yaşında idi.
BBC-nin məlumatına görə, Portuqaliya və Almaniya polisi uşağın itməsi ilə bağlı davam edən istintaq çərçivəsində bu həftə Portuqaliyada yeni axtarışlara başlayıb.
Bildirilib ki, axtarışlar uşağın yoxa çıxdığı Praia da Luzun düz yanında olan Laqosda aparılacaq.
Orxan