
İsrail ordusu Qəzzada yardım paylama mərkəzlərinə gedən yolları “münaqişə zonası” elan edib və bu gün insanların mərkəzlərə yaxınlaşmasını qadağan edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzada yardım gözləyən fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrail ordusu bu gün insanların “münaqişə zonası hesab edildiyini” bildirərək yardım mərkəzlərinə yaxınlaşmağı qadağan edib.
İsrail-ABŞ rəhbərliyindəki Qəzzaya Humanitar Yardım Vəqfi (GHF) də açıqlamasında yardım mərkəzlərinin bu gün bağlanacağını açıqlayıb.
Adraee verdiyi açıqlamada Qəzzada humanitar yardım paylama mərkəzlərinin “təmir, tənzimləmə və səmərəliliyin artırılması işləri” səbəbiylə bu gün açıq olmayacağını bildirib.
Adraee vurğuladı ki, “münaqişə zonası hesab edilən” paylayıcı mərkəzlərə gedən yollarda hərəkət etmək və paylama mərkəzlərinin ərazilərinə daxil olmaq qəti qadağandır.
Orxan