Sabah bu ərazilərdə qaz olmayacaq

  • By Günel
  • 03 İyun 2025 22:14

Abşeron rayonunu Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 04.06.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bu barədə Gununsesi.info-ya “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” və “Park Xırdalan” yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info