Türkiyənin Londondakı Baş Konsulluğu qarşısında Quran yandıran şəxs cərimələnib

  • By Admin2
  • 03 İyun 2025 15:33

Türkiyənin İngiltərədəki Baş Konsulluğu qarşısında Qurani-Kərimi yandıran müttəhimə pul cəzası kəsilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fevral ayında Türkiyənin Londondakı Baş Konsulluğu qarşısında Quran yandıran müttəhim dünən hakim qarşısına çıxıb.

Hakim 50 yaşlı müttəhim Həmit Coşkunun əməlinin “qismən müsəlmanlara nifrətdən qaynaqlandığına” qərar verib və onu “dini baxımdan ağır ictimai asayiş” cinayəti törətməkdə təqsirli bilib.

Cərimə verilən müttəhim iddia edib ki, onun mühakiməsi “ifadə azadlığına hücumdur”.

Hakim MakQarva bildirib ki, müttəhimin hərəkətləri “yüksək təxribat xarakterlidir” və onun hərəkətləri “ən azı qismən müsəlmanlara qarşı nifrətdən irəli gəlir”. Coşqun bunun əleyhinə çıxış edərək, müsəlmanları deyil, ümumilikdə İslamı tənqid etdiyini əsas gətirdi. Lakin MakQarva bunu qəbul edə bilməyəcəyini qeyd edib.

Müttəhimə 240 funt sterlinq məbləğində cərimə kəsilib.

Orxan

Gununsesi.info