Ukrayna Krım körpüsünü nə ilə vurub? - Bu aparatlardan istifadə olunduğu ehtimalı yüksəkdir - VİDEO

  • By Günel
  • 03 İyun 2025 21:58
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım körpüsündə partlayış həyata keçirib. Məlumata görə, UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar.

 SBU hücumun sualtı formada həyata keçirildiyini və partlayıcının gücünün 1100 kiloqram trotil ekvivalentində olduğunu bildirib. Həmçinin qeyd edib ki, nəticədə körpünün sualtı dayaqları zədələnib və hazırda körpü qəza vəziyyətindədir.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” Telegram kanalının iddiasına görə, Ukrayna Silahlı Qüvvələri körpünü sualtı aparatla vurub: “Düşmən resursları guya “körpünün minalanmasından” danışsa da, əslində onların “Mariçka” və ya “Toloka” kimi aparatlardan istifadə etmələri ehtimalı yüksəkdir. Ya da əvvəllər geniş şəkildə elan olunmayan digər növ sualtı aparatlardan istifadə olunub”.

“Globalistics” kanalı da minalanma versiyasını inkar edir: “Orada heç bir minalanma olmayıb. 1100 kq trotil ekvivalentində partlayış çox güclü partlayış olardı və körpü buna tab gətirə bilməzdi”.

“Z-kanalları” həmçinin bildirir ki, körpü zərbə nəticəsində zədələnməyib və partlayışın gücü qoruyucu maneələrə dəyib.

Rusiya hakimiyyəti hələlik, vəziyyətlə bağlı şərh verməyib.