
İstanbul sammitindən sonra Kreml yaxın gələcəkdə mümkün Putin-Tramp-Zelenski görüşünün mümkün olmadığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra Kreml məsələ ilə bağlı açıqlama verib.
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna danışıqlarında sürətli irəliləyiş gözləməyin yanlış olduğunu və Ukrayna ilə müharibəyə son qoyulması üçün razılığın əldə edilməsinin son dərəcə mürəkkəb olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanla hələlik planlaşdırılan görüşün olmadığını deyən Peskova, ABŞ prezidenti Donald Tramp , Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşlə bağlı da sual verilib. Peskov bunun yaxın gələcəkdə mümkün olmadığını bildirib. Kremlin sözçüsü əlavə edib ki, Ukrayna ilə bağlı ABŞ-la təmaslar davam edəcək.
Kremlin bəyanatında Tramp və Putin arasında gələcəkdə aparıla biləcək konkret danışıqlara dair hələlik razılığın olmadığı və Putinin müxtəlif yüksək səviyyəli görüşlərə hazır olduğu, lakin bu görüşlərin əvvəlcədən yaxşı hazırlanmalı olduğu bildirilib. Peskov qeyd edib ki, Rusiya İstanbulda Ukrayna ilə danışıqlarda əldə olunan razılaşmalara sadiq qalacaq.