Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcəbədi rayon şöbəsinin sabiq rəhbəri Calal Xəlilov vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, ömrünün 99-cu ilində haqqın dərgahına qovuşub.

Mərhum 20 ildən çox DSMF-nin Ağcəbədi rayon şöbəsinin rəisi olub. Sovet dövründə bir çox mühüm vəzifələrdə çalışıb.

Qeyd edək ki, Calal Xəlilov 2021-ci ildə – 96 yaşında Azərbaycanda koronavirusa qalib gələn ən yaşlı sakin kimi qeydiyyata düşmüşdü.

Gununsesi.info