Yunanıstanda baş verən yanğında 104 nəfər ölüb - 10 şübhəli günahkar bilinib

  • By Admin2
  • 03 İyun 2025 16:45

2018-ci ildə Yunanıstanın Mati bölgəsində 100-dən çox insanın öldüyü yanğınla bağlı apelyasiya məhkəməsi tərəfindən baxılan işdə on müttəhim mühakimə olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Matidə 2018-ci ildə baş verən və 104 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə on müttəhim səhlənkarlıqda təqsirli bilinib.

Yanğınla bağlı məhkəmədə mühakimə olunan 21 müttəhimdən 6-sı daha əvvəl də təqsirli bilinib. Euronews xəbər saytının məlumatına görə, Afinanın şimalındakı Matidə kiminsə bağçasında başlayan yanğınla bağlı ümumilikdə 21 müttəhimə qarşı ittiham irəli sürülüb.

Afina Apellyasiya Məhkəməsi səkkiz keçmiş yüksək rütbəli yanğınsöndürən, habelə mülki müdafiənin keçmiş baş katibi və yanğının başlanmasına görə cavabdeh olan müttəhimi məhkum edib. 10 müttəhim ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilinib.

Yerli məhkəmənin ilkin qərarında müttəhimlərdən yalnız altısı təqsirli bilinib. Təqsirləndirilən şəxslər məhkəmənin 5 ilə qədər həbs cəzası təyin edən qərarından apellyasiya şikayəti verib, sonradan bu qərarlar cərimələrlə əvəzlənib.

Orxan

Gununsesi.info