Gürcüstanda Avropa İttifaqına inam 9% azalaraq 49% təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə bu ilin yazında keçirilmiş “Eurobarometer” sorğusunun nəticələrindən məlum olub.

Sorğuya əsasən, 2024-cü ilin payızında bu göstərici 58%-ə, yazında isə 66%-ə bərabər olub.

Aİ-yə neqativ yanaşanların göstəricisi artaraq 18% olub. 2024-cü ilin payızında bu göstərici 10%, yazında isə 7% təşkil edib.

Gürcüstanın Aİ-yə üzvlüyünü müsbət dəyərləndirən vətəndaşların sayı 9% azalıb. Rəyi soruşulanların 75%-i Gürcüstanın ittifaqa üzvlükdən faydalanacağını düşünür. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 7% azalıb.

Qeyd edək ki, sorğu Gürcüstanda 27 mart-15 aprel tarixlərində keçirilib, 1 011 respondentin rəyi öyrənilib.

Gununsesi.info