Ukrayna Təhlükəsizlik Xidməti unikal əməliyyat keçirib

  • By Günel
  • 03 İyun 2025 20:15

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yeni unikal əməliyyat keçirib və üçüncü dəfə Krım körpüsünü bu dəfə su altında vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə SBU açıqlama yayıb:

“Əməliyyat bir neçə ay davam edib. SBU əməkdaşları bu qanunsuz obyektin dayaqlarını minalayıb. Bugün mülki əhali arasında itkisiz, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb. Dayaqların sualtı hissələri dəniz dibində ciddi şəkildə zədələnib – trotil ekvivalenti 1100 kq olan partlayıcı maddə bu işə kömək edib. Faktiki olaraq, körpü qəza vəziyyətindədir”.

Gununsesi.info