Rusiya Xarkova raket və “şahed” dronlarla zərbə endirdi

  • By Günel
  • 04 İyun 2025 08:21

Rusiya Xarkova zərbələr endirib, nəticədə şəhərdə genişmiqyaslı yanğınlar baş verib.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, Xarkov meri İqor Terexov hücum zamanı 10 “şahed” dronundan və 2 raketdən istifadə edildiyini deyib.

“Sənaye zonasında dörd məkanda yanğınlar baş verib, həmçinin şəxsi ev yanıb. İndiyədək Novobavarski rayonunda bir nəfərin xəsarət aldığı məlumdur”, – mer bildirib.

Yanğın baş verən yerlərdə müvafiq xidmətlər və könüllülər işləyir.

“Daha bir PUA partlamayıb – onun üzərində partlayıcı mütəxəssisləri çalışacaq”, – İqor Terexov məlumat verib.

Gununsesi.info