
İngiltərədə yaşayan 22 yaşlı Elli Krabtree həyatından sadəcə bir qidanı çıxararaq böyük dəyişikliklə diqqət çəkib. Qısa müddətdə 30 kiloya yaxın arıqlayan gənc qadın bu fiziki dəyişimin arxasındakı emosional prosesi də açıqlayıb.
Gununsesi.info bu barədə sözcü.com.tr – yə istinadən xəbər verir.
2022-ci ilin yayında Ellinin atası Geoffa dördüncü mərhələdə xərçəng diaqnozu qoyuldu. Ata və qız arasındakı möhkəm bağ xəstəlik irəlilədikcə daha da emosional oldu. Elli bu çətin proses zamanı stressin öhdəsindən gəlmək üçün yeməyə üz tutdu.
Səhərlər səhər yeməyi əvəzinə az qala yarım çörək yediyini və tez kökəldiyini izah edən Elli “Yemək mənim sığınacağım olmuşdu. Biri mənə pis xəbər verəndə cavabım həmişə daha çox yemək oldu. Xüsusilə çörək mənim emosional sığınacağım kimi idi”, – deyə bildirdi.
Ancaq atası ilə çəkdirdiyi son foto hər şeyi dəyişdi. Elli o anı belə xatırlayır:
“Əgər bu atamla çəkdirdiyim son şəkildirsə və bu fotoya baxa bilmirəmsə, indi nələrisə dəyişdirməliyəm”.
Elli şokolad və yüksək kalorili qablaşdırılmış qidaları, xüsusən də çörəyi həyatından tamamilə çıxartdı. Bununla belə, o, inanılmaz dəyişikliyinin açarı kimi çörəyi göstərir. Bunun əvəzinə o, yulaf, qatıq, qaynadılmış yumurta, toyuq əti, bol salat və təzə meyvə kimi protein əsaslı pəhrizə başladı.
Gənc qadın yeni pəhrizinə idman əlavə edib və idman zalına yazıldıqdan sonra 22 kilo arıqladı. Eyni zamanda 2024-cü ilin yanvar ayında bodibildinq yarışmasında iştirak etdi.
Gərgin məşq və sərt pəhriz prosesində qalan Elli yarışma dövründə arıqlamağa davam etdi.
Bu gün gəldiyi nöqtədə həm fiziki, həm də ruhi tarazlığını bərpa etməyə çalışan Ellie prosesin ona mühüm dərslər verdiyini deyir:
“Görünüşüm dəyişdi, amma əsl transformasiya mənim içimdə oldu. Mən indi özümü daha yaxşı tanıyıram və mənim üçün nəyin yaxşı olduğunu bilirəm”.
Günel Həsənova