Ukrayna ordusunda qadınların sayı artır

  • By Günel
  • 04 İyun 2025 08:50

Ukrayna ordusunda qadınların sayı artır, çünki komandanlıq itkiləri bərpa etməkdə çətinlik çəkir.

Gununsesi.info xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko “aif.ru”ya bildirib.

Ekspertin sözlərinə görə, orduda qadınların sayı hər ay artır. “Üstəlik, qeyd etmək istəyirəm ki, bu, yalnız hansısa sıravi vəzifələrdə xidmət edən qadınlar deyil. Onların hərbi uçot ixtisasları kişilərinkilərlə eynidir. Qadın zabitlər də var”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Rusiya “Telegram” kanalları Rusiya qüvvələrinin Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən qadın PUA operatorlarının media qrupunu məhv etdiklərini açıqlamışdı. Xüsusilə, hücum zamanı Valkiriya ləqəbli rota komandirinin öldürüldüyü iddia olunurdu.

Gununsesi.info