Netanyahu həlak olan əsgərlərin ailələrinə müraciət etdi

  • By Admin2
  • 04 İyun 2025 10:25

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında apardıqları soyqırım müharibəsini “analoqu olmayan ədalətli müharibə” kimi qiymətləndirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Qəzzanın şimalında hərbi maşının hədəfə alınması nəticəsində daha 3 əsgərin həyatını itirdiyini elan etdikdən sonra, Netanyahu X hesabında paylaşım edib.

İsrail baş naziri, “Əsgərlərimizin itkisini mümkün qədər azaltmaq üçün hesablanmış addımlar atırıq, lakin əvəzi olmayan müharibə yoxdur” deyib.

Ölən əsgərlərin ailələrinə müraciət edən Netanyahu, “Övladlarınız əbəs yerə ölmədilər, onlar misilsiz, ədalətli bir müharibədə öldülər. Biz Həmas-ı məğlub edəcəyik, bütün girovlarımızı xilas edəcəyik və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin edəcəyik” ,- həmçinin bildirib.

Artan itkilərə baxmayaraq ordusunun “əhəmiyyətli irəliləyiş” əldə etdiyini iddia edən Netanyahu, hökumətinin məqsədlərinə çatana qədər irəliləməyə davam edəcəyini bildirib.

İsrail ordusu şiddətli hücumlar və qırğınlar törətdiyi Qəzza zolağında daha üç əsgərin öldüyünü açıqlamışdı.

Belə ki, İsrail ordusunun “adlarının açıqlanmasına icazə verilənlər” başlığı ilə paylaşdığı məlumatlara görə, 7 oktyabr 2023-cü ildən Qəzza zolağında həlak olan əsgərlərin sayı 861-ə çatıb.

İsrail ordusu 23 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına intensiv hava zərbələri endirir. 

Orxan

Gununsesi.info