
Ukraynanın iyunun 1-də Rusiya aerodromlarına hücumlarına bənzər hadisələr ABŞ-də də baş verə bilər
Gununsesi.info xəbər verir ki, bu fikir “The Wall Street Journal”ın (WSJ) analitik məqaləsində yer alıb.
Nəşrin fikrincə, ABŞ-də yerləşən aerodromlar belə hücumlara qarşı qorunaqlı deyil. Bu səbəbdən məqalə müəllifləri əmindirlər ki, ABŞ-nin həm “Patriot” kimi mövcud sistemlərin, həm də İsrailin istifadə etdiyi lazer qurğularına bənzər yeni texnologiyaların istifadəsinə əsaslanan çoxşaxəli raketdən müdafiə sistemlərinə ehtiyacı var.
WSJ-yə görə, Vaşinqtonun müharibəyə Birləşmiş Ştatların sərhədlərindən uzaq bir proses kimi baxmaq vərdişi müasir reallıqlara uyğun gəlmir və siyasi liderlər vətəndaşları belə zəifliklərin mövcudluğu barədə məlumatlandırmalıdır.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda – Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.