
İsrailin müdafiə naziri Yisrael Katz Suriyadan işğal olunmuş Colan təpələrinə doğru atılan raketlərə görə onu günahlandıraraq, Suriya prezidenti Əhməd Şaraa hücum edəcəyi ilə hədələyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, nazir Katz X hesabından verdiyi açıqlamada, Suriya prezidenti Şaranın ” İsrailə qarşı hər cür təhdid və raket atəşinə görə birbaşa məsuliyyət daşıdığını” iddia edib.
Katz İsrail ordusunun tezliklə Suriyaya “tam cavab” verəcəyini və hücumlar həyata keçirəcəklərini qeyd edib.
İsrail ordusu 2 raketin Suriyadan atıldığını və raketlərin işğal altındakı Qolan təpələrində açıq əraziyə düşdüyünü iddia edib.
İsrail ordusundan verilən açıqlamada Suriyaya qarşı artilleriya atəşinin başladığı bildirilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA İsrail artilleriyasının Dəranın qərbindəki Yarmuk hövzəsini hədəf aldığını bildirib.
Orxan