
Kölndə İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bombanın tapılması səbəbindən 20 min insan təxliyə edilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Bütün köhnə Köln şəhəri qadağa zonasına daxildir. Bundan əlavə, 58 otel və digər yaşayış obyektləri boşaldılmalıdır. Reyn üzərindəki üç körpü də bağlanacaq”.
Deutz bölgəsində torpaq araşdırması zamanı üç Amerika hava bombasının aşkar edildiyi iddia edilir. Şəhər rəhbərliyi qeyd edib ki, iyunun 4-də səhər saatlarında başlayacaq elan edilmiş təxliyə 1945-ci ildən bəri ən böyük təxliyədir.
Bundan əvvəl Amerikanın Kolorado ştatının Boulder şəhərinin hakimiyyət orqanları insanlara hücumdan sonra bir neçə yaşayış məntəqəsinin boşaldılmasını elan etmişdi.
Bildirilib ki, naməlum şəxs Qəzza zolağında qalan israilli girovlara dəstək məqsədilə şəhərdə keçirilən nümayiş iştirakçılarına molotov kokteyli atıb.