Zelenski Xersona yeni rəhbər təyin etdi

  • By Günel
  • 03 İyun 2025 21:14

Ukrayna Prezidenti Volodimir Zelenski Yaroslav Şankonu Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson administrasiyasına rəhbər təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə müvafiq sərəncam Zelenskinin saytında dərc olunub.

Şanko bundan əvvəl Ukrayna hakimiyyəti tərəfindən təyin edilən şəhər administrasiyası rəhbərinin müavini olub.

O, polisdir, ona görə də yeni təyinatı üçün Zelenski iyunun 3-də polis məmurlarının tuta biləcəyi dövlət orqanlarında vəzifələrin siyahısına dəyişiklik edib.

Gununsesi.info