
Kiçik bir adada, demək olar ki, dünyadan təcrid olunmuş bir ev. Yalnız qayıqla çatmaq mümkün olan bu unikal ev satışa çıxarılıb. Eyni zamanda qiyməti ilə heyrətləndirir.
Gününsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə kiçik bir adada yerləşən və yalnız qayıqla çatması mümkün olan unikal ev satış qiyməti ilə görənləri heyrətə gətirib.
Daşınmaz əmlak elanı Skandinaviya daşınmaz əmlak platformasında cheap.houses.scandinaviada elan verilib və qısa müddətdə böyük marağa səbəb olub.
Cəmi 82.800 dollar, təxminən (140.000 min AZN) satışa çıxarılan bu təbiət möcüzəsi mülk, xüsusilə şəhər həyatından uzaqlaşmaq istəyən təbiətsevərlər üçün cəlbedici bir yaşayış sahəsi təqdim edir.
Adadakı ev şəbəkəyə qoşulmayan quruluşu ilə diqqət çəkir. Günəş enerjisi sistemləri və davamlı dizaynı sayəsində ətraf mühitə tam uyğundur. Evin daxili dizaynı sadə və dinc detallarla təchiz edilərkən; ağacların arasında yerləşən böyük eyvan reklamı görənlərin diqqətini çəkən əsas elementlərdən biri olub.
Evin əsas özəllikləri:
İki yataq otağı
Geniş və günəşli teras
Birbaşa suya açılan xüsusi körpü
Ətrafında başqa heç bir tikili olmayan, tamamilə sizə aid olan bir ada
Bu mülk müasir həyatın xaosundan uzaq, texnologiyadan qopub təbiətlə iç-içə yaşamaq istəyənlər üçün ideal alternativ olaraq seçilir və sərfəli qiyməti ilə diqqət çəkir.
Xüsusilə Azərbaycanda oxşar büdcələri olan sadə bir mənzil tapmaq çətinləşmişkən, İsveçdəki bu təcrid olunmuş ada evi bir çox insanın xəyallarını bəzəməyə davam edir.
Günel Həsənova