İki həftədir etirazların davam etdiyi Monqolustanda baş nazir Oyun-Erdene parlamentdə etimad səsverməsini itirərək istefa verib.
Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, oğlunun dəbdəbəli həyat tərzini sosial şəbəkədə paylaşmasından sonra istefaya getməsi üçün getdikcə daha çox çağırışlar və təzyiqlər alan Monqolustan Baş naziri Oyun-Erdene Luvsannamsrai dünən parlamentdə keçirilən etimad səsverməsində kifayət qədər səs toplaya bilməyib. Baş nazir bu gün səhər saatlarında tutduğu vəzifədən istefa verib.
stefanı Monqolustanın ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyi də təsdiqləyib.