İranda xəsarət alanların sayı açıqlandı

  • By Günel
  • 16 İyun 2025 20:04

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı məlum olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi açıqlama verib.

“İsrailin hücumları nəticəsində ən azı 1800 yaralımız var və qurbanların əksəriyyəti mülki şəxslərdir”, – o qeyd edib.

Gununsesi.info