
Millət vəkili Fazil Mustafanın “Azərbaycan; Qaranlıq keçmişdən aydın tarixə” adlı yeni kitabı çap olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Fazil Mustafa deyib:
“Yeni kitabım işıq üzü gördü. Qaranlıq keçmişdə xəyal çadırında yuxlamaq istəyən çoxluğa aid deyil. Aydınlıq tariximizə işıq tutan az sayda Azərbaycan aydınları üçün yazılmışdır. Satışda olmayacaq. Bəlkə, irəli zamanlarda kitab sərgilərində tanıtım məqsədi ilə yer ala bilər. Bu Vətənin və millətin yeni paradiqmalalarını idrak edən tanıdığım şəxslərə, dostluğumda olan bəzi insanlara özüm oxumaq və rəy bildirmək üçün verəcəyəm”.