Britaniya kəşfiyyatı:  Kursk bölgəsində 6000-dən çox Şimali Koreyalı həlak olub - Foto

  • By Günel
  • 16 İyun 2025 20:53

Britaniya kəşfiyyatının məlumatına görə, Şimali Koreya qüvvələri Rusiyanın Kursk bölgəsində döyüşlər zamanı 6000-dən çox itki verib.

Gununsesi.info xəbər verir ki, hesabatda bu olduqca yüksək itkilər piyadaların təkrar, genişmiqyaslı və yorucu hücumları ilə əlaqələndirilir.

Bununla əlaqədar olaraq, Rusiyanın Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu 2025-ci il iyunun 4-də Şimali Koreyaya səfər etdi. Bu, onun Şimali Koreya lideri Kim Çen In ilə görüşdüyü üç ay ərzində ikinci səfəridir. Səfər Moskva və Pxenyan arasında dərinləşən hərbi əməkdaşlığı göstərir.