İsrailin Silahlı Qüvvələri İranın paytaxtı Tehranda zərərçəkənlərə yardım edən yerli xilasediciləri vurub.
Gununsesi.info “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“Təşkilatın iki əməkdaşının ölməsi ehtimalı var”, – məlumatda deyilir.
***
İranın paytaxtı Tehranda güclü partlayış baş verib, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, paytaxtın şimalında qatı tüstü görünür.
Daha əvvəl İsrailin İranın əsas teleyayım şirkəti olan IRIB-in (“Islamic Republic of Iran Broadcasting”) binasına hücum etdiyi məlum olub.