
Qurban bayramı yaxınlaşdıqca Qəzzalılar yenidən bombardman altında və geniş dağıntılar içərisindədir və humanitar yardımların tamamilə dayandırılması fonunda bayramı qeyd edirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəzzalılar İsrailin hücumlarının kölgəsində növbəti bayramlarını qeyd edirlər.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hücumlar və dağıntılar Qurban bayramı həyəcanını daha başlamadan bitirdi.
Xarabaya çevrilən şəhərin küçələri məcburi köçkün fələstinlilərin sığınacaq yerinə çevrilərkən, qəzzalıların üzündə bayram sevincindən əsər-əlamət qalmayıb.
Üstəlik, yardımın paylanması da məhduddur.
Bütün dünya bayramı qeyd etməyə hazırlaşarkən onların da payı ölüm və yas idi.
İsrail ordusunun təxliyə əmrindən sonra Xan Yunisdəki qəzzalılar növbəti dəfə evlərini və sığınacaqlarını tərk etmək məcburiyyətində qalıblar.
Ailələr əşyaları ilə yola çıxıblar.
Bəziləri yük maşınlarında, bəziləri at arabalarında, bəziləri isə piyada olaraq yeni təhlükəsiz yer axtararaq qaçırdılar.
İsrailin atəşkəsi pozaraq yenidən hücumlara başladığı 18 martdan bu yana Qəzzada didərgin düşən fələstinlilərin sayı 632 mini keçib.
Orxan