
Böyük Britaniyanın müdafiə naziri Con Healey 2026-cı ilin aprelinə qədər Ukraynaya 100 min İHA dəstəyinin veriləcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanın “Hörümçək toru” əməliyyatı çərçivəsində Moskvanın strateji bombardmançı təyyarələrini məhv etməsindən sonra, Kiyevə pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü 10 dəfə artırdığını və illik hədəfi 100 minə çatdırdığını açıqlayıb.
Böyük Britaniyanın müdafiə naziri Con Healey, həmçinin 2025-ci ildə NATO müttəfiqi Ukraynaya 4,5 milyard funt sterlinq (təxminən 6 milyard dollar) dəyərində yeni hərbi yardım paketinin təklif ediləcəyini və ilin əvvəlindən 140 min artilleriya sursatının çatdırıldığını bildirib.
“Britaniya müdafiə şirkətləri hər gün Ukraynadakı döyüş meydanından dərslər alır, mülki insanları qorumaq və eyni zamanda öz milli təhlükəsizliyimizi gücləndirmək üçün qabaqcıl yeni pilotsuz təyyarələr hazırlayır”, – Healey bildirib.
Qeyd edək ki, Ukrayna kəşfiyyat xidmətləri, Rusiya hava bazalarına yük maşınlarında qaçaqmalçılıq yolu ilə gətirilən PUA-larla həyata keçirilən əməliyyat nəticəsində iyunun 1-də nüvə gücünə malik strateji bombardmançı təyyarələr də daxil olmaqla 41 təyyarənin məhv edildiyini və təxminən 7 milyard dollarlıq ziyana səbəb olduğunu bildirdi.
Orxan