
Hindistanın kriket komandasının liqa çempionluğu üçün bayram şənliyi zamanı izdiham yaranıb. Hindistan mətbuatı ölən və yaralananların olduğunu bildirib. Ölən və yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Karnataka əyalət hökuməti tərəfindən IPL 2025 liqasını qazanan “Royal Challengers Bengaluru” kriket komandası üçün təşkil edilən bayram tədbirində izdiham yaşanıb.
“Times of India” (TOI) xəbər saytı və NDTV kanalının məlumatına görə, Vidhana Soudhada keçirilən qeyd etmələr zamanı baş verən izdiham nəticəsində 7 nəfər həyatını itirib, 25-dən çox adam yaralanıb. Hindistan mətbuatında əksini tapan xəbərə görə, izdiham stadiondan kənarda baş verib.
India Today xəbərində sözügedən komandanın son 18 ildə Hindistan Premyer Liqasının çempionu olmadığı və uzun illərdən sonra gələn çempionluq şənliklərinə böyük izdihamın qatıldığı bildirilib. Mərasim başlamadan minlərlə insanın içəri girməyə çalışdığı stadionun giriş qapılarında xaos və izdiham yaşanıb.
Ştat baş nazirinin müavini DK Şivakumar hadisədə ölənlərin olduğunu təsdiqləsə də, mövzu ilə bağlı başqa məlumat verməyib. India Today TV-yə danışan DK Şivakumar, “Rəqəmləri hələ təsdiqləyə bilmərəm. Hazırda stadiona gedirəm. O qədər emosional azarkeş var idi ki… Biz 5000 personal yerləşdirmişdik.”
Stadion sahəsindən mətbuata sızan görüntülərdə polisin artan izdihamı idarə etməyə çalışdığı görülüb.
Orxan