İsrailin Suriyaya hava zərbələri

  • By Admin2
  • 04 İyun 2025 16:41

İsrail Suriyadan atılan və işğal altındakı Qolan təpələrinə düşdüyü iddia edilən raketlərə cavab olaraq hava zərbələri endirdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Suriyadan atıldığı iddia edilən və işğal altındakı Qolan təpələrində açıq əraziyə düşən raketlərə cavab olaraq Suriyaya qarşı hava hücumları təşkil etdiyini açıqlayıb.

İsrail ordusu döyüş təyyarələrinin Suriyanın cənubunu hədəf aldığını açıqlayıb. Hücumun Suriyadan İsrailə doğru atıldığı və işğal altındakı Qolan Təpələrində açıq əraziyə düşdüyü iddia edilən raketlərə cavab olaraq həyata keçirildiyi iddia edilib.

Suriya silahlarının ölkənin cənubunda hədəf alındığı iddia edilən bəyanatda, Suriyadakı mövcud vəziyyətə görə məsuliyyət daşıdığı iddia edilən yeni Dəməşq rəhbərliyi təhdid edilib.

Qeyd edək ki, İsrail ordusu Suriyadan iki raket atıldığını və raketlərin işğal altındakı Colan Təpələrində açıq əraziyə düşdüyünü iddia etmişdi.

İsrail ordusu verdiyi açıqlamada Suriyaya qarşı artilleriya atəşinin başladığını açıqlamışdı.

Orxan

Gununsesi.info