
Kremlin sözçüsü Peskov bildirib ki, Ukrayna ilə mümkün görüşün tarixinə hər iki tərəf hazır olduqdan sonra qərar veriləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya və Ukrayna arasında İstanbulda 3 ildən artıq müddətdə ilk birbaşa danışıqlardan sonra iki ölkənin nümayəndə heyətlərinin yenidən nə vaxt görüşəcəyi maraq doğurub.
Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı bu gün açıqlama verib.
Peskov bildirib ki, tərəflər birbaşa sülh danışıqlarının növbəti raundunu keçirməyə hazır olduqda qərar veriləcək. İyunun 2-də Çırağan sarayında keçirilən danışıqların ikinci raundunda tərəflərin bir-birlərinə tələb və şərtlərini əks etdirən memorandumlar göndərdiklərini xatırladan Peskov, “Mübadilə edilən memorandum layihələrinin nəzərdən keçirilməsinin müəyyən vaxt aparacağı aydındır. Tərəflər hazır olduqdan sonra növbəti raundun tarixlərini də razılaşdıracaqlar” deyib.
Orxan