Ucarda avtomobil aşdı: Xəsarət alanlar var

  • By Günel
  • 19 İyun 2025 20:11

Ucar rayonu ərazisində yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə Ramal kəndi ərazisində baş verib.

Belə ki, idarəetmədən çıxan minik avtimobilinin aşması nəticəsində maşında olan iki nəfər Bakı sakini müxtəlif bədən xəsarərləri alıb. Yaralılar (1984-cü il təvəllüdlü Niftəliyev Vüqar Tahir oğlu və 1987-ci il təvəllüdlü Ələkbərov Zaur Qəzənfər oğlu) xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.