
Sabunçu rayonuna yeni prokuror təyin edilib.
Gununsesi.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.
M.Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.
Gununsesi.info