Məşhur musiqi qrupu hakim qarşısına çıxır

  • By Günel
  • 18 İyun 2025 17:50

Noyabr ayında verdikləri konsertdə Fələstin tərəfdarı mesajlar paylaşan rap qrupu Kneecap hakim qarşısına çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda verdiyi konsertdə Fələstin tərəfdarı açıqlamalar verən rep qrupu Kneecap terror ittihamı ilə hakim qarşısına çıxıb.

Konsertdə Hizbullah bayrağını dalğalandırmaqda günahlandırılan qrupun fanatları məhkəmə binası qarşısına toplaşıb. Qrupun pərəstişkarları “Fələstinə azadlıq” və qrupun üzvü Mo Çara ilə bağlı şüarlar səsləndiriblər.

Kneecap qrupunun üzvləri onlara qarşı ittihamın onları susdurmaq üçün edildiyini bildiriblər.

Günel Həsənova

Gununsesi.info