
Bu gün İsrail İranın paytaxtı Tehranda yerləşən polis idarəsinə hava zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat və görüntülər yer alıb.
***
İsrail ordusu İrana bu gün üçün üçüncü hava hücumu dalğasının başladığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.
O deyib: “Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və İranın qərb hissəsinə yönəlib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr buraxılış qurğuları və “yer-yer” raketləri olan anbarların üzərindən uçur. Qırıcılar əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa, oradan döyüş sursatlarını çıxarmağa çalışan hərbçiləri hədəfə alır”.