
Azərbaycanda 35,2 min həkim fəaliyyət göstərir.
Gununsesi.info xəbər veri ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin əvvəlinə olan məlumatlara əsasən ölkənin tibb müəssisələrində 23,2 mini qadın olmaqla, ümumilikdə 35,2 min həkim çalışır.
“Həkimlərin 26,2 mini dövlət, 9 mini isə qeyri-dövlət tibb müəssisələrində işləyir”, – Komitədən bildirilib.
Qeyd edək ki, 2023- cü ildə ölkədə həkimlərin sayı 33.8 min olub. 2024-cü ildə isə tibb üzrə ali təhsil pilləsinin rezidentura səviyyəsini 311 nəfər bitirib.