İsrail Qəzzada yardım axtaranlara təkrar hücum etdi

  • By Admin2
  • 19 İyun 2025 12:35

İrana hücumlarını davam etdirən İsrail ordusu Qəzza zolağında kömək gözləyən insanlara hücum edib, nəticədə 16 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında kömək gözləyən insanlara hücumu nəticəsində 16 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

Fələstinin rəsmi agentliyi WAFA və səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzində Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinliləri hədəf alıb.

Hücumda 16 fələstinli ölüb, 100-ə yaxın fələstinli yaralanıb. Ölən və yaralananlar Avde və Əqsa Şəhidləri Xəstəxanalarına aparılıb.

Hadisə şahidləri hücumun yardım mərkəzinin açılmasını gözləyən yüzlərlə fələstinlinin hədəf alındığını, güclü yanğın səbəbiylə bir neçə saat sonra ilk yardım qrupları gələnə qədər ölü və yaralıların olduğu bölgəyə girməyin mümkün olmadığını bildirib.

İsrail ordusu bundan əvvəl də bir neçə dəfə kömək gözləyən fələstinlilərə hücum edib.

İsrail əsgərləri də Qəzza şəhərinin mərkəzində məscidin yaxınlığındakı mənzili bombalayıb.

Hücum nəticəsində 3 fələstinli ölüb, bir neçəsi yaralanıb.

Orxan

Gununsesi.info