Paşinyan Minskə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçiriləcək sammitinə getməyəcək.

Gununsesi.info BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib.

Qeyd edilib ki, o, tədbirə videobağlantı ilə qoşulacaq.

“Aİİ-yə üzv ölkələrin bütün rəhbərləri, Ermənistan baş naziri istisna olmaqla, tədbirdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Nikol Paşinyan forumda distant formatda – videobağlantı vasitəsilə iştirak edəcək”, – XİN başçısı qeyd edib.

Aİİ sammiti iyunun 26-27-də Belarusda keçiriləcək.

 

 

Gununsesi.info