Ərdoğan İstanbulda Paşinyanı qəbul edəcək

  • By Günel
  • 18 İyun 2025 22:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 20-də İstanbulda Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun “X”də məlumat verib.

O qeyd edib ki, bu, Ermənistan baş nazirinin ilk işgüzar səfəridir.

Ermənistanın baş nazirinin özü bildirib ki, İstanbul ictimaiyyəti üçün birgə bəyanat veriləcək və onun məqamları əvvəlcədən açıqlanmamalıdır.

Gununsesi.info