Cəlilabadda 19 yaşlı gənc itkin düşdü

  • By Günel
  • 18 İyun 2025 19:12

Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Mirzəyev ötən gün yaşadığı evi tərk etdikdən sonra geri qayıtmayıb.

Gununsesi.info xəbər verir ki, ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, gəncin yerinin müəyyənləşdirilməsi məqsədilə polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info