
İran Hərbi Hava Qüvvələri İsrailə raket zərbələrinə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İrandan İsrailə raket atışları təsbit edildikdən sonra ölkənin şimalında xəbərdarlıq sistemləri işə salınıb. Hazırda Hərbi Hava Qüvvələri onların qarşısını almaq üçün çalışır”, – məlumatda deyilib.
İsrail KİV yazıb ki, İrandan atışların davam etməsi səbəbindən şimal bölgəsində həyəcan siqnalları yenilənir. Hadera və şimal bölgələrinə hücumlardan sonra dağıntı və yaralananlar barədə məlumat yoxdur.