ABŞ-də ömürlük həbs cəzası alan mühazirəçi təqsirli deyil

  • By Admin2
  • 19 İyun 2025 10:18

Amerika ictimaiyyəti  tərəfindən böyük maraqla izlənilən işin son iclasında münsiflər heyəti, polis məmuru sevgilisinin ölümü ilə bağlı ikinci dərəcəli cinayət işində Karen Readi günahsız hesab edərkən, 45 yaşlı qadını yalnız sərxoş vəziyyətdə avtomobil idarə etməkdə günahkar bilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hakim Beverli Kannone təqsirsiz hesab edilən Ridin bir illik sınaq müddəti ilə azadlığa buraxılmasına qərar verib.

Canlı yayımlanan iclasda hökm elan olunarkən, məhkəmə binası qarşısında gözləyən yüzlərlə insan hakim Cannonenin qərarını alqışlayıb, izdihamın səsi məhkəmə zalına çatıb.

Qısa müddət sonra vəkilləri ilə birlikdə məhkəmə binasını tərk edən Read, ona dəstək olmaq üçün toplaşan kütlənin sıx alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Karen Read, 2022-ci ilin yanvarında sevgilisi, Boston polisi Con O’Kifinin ölümündə spirtli içkinin təsiri altında olarkən ikinci dərəcəli qətl və adam öldürmə ittihamı ilə üzləşir və müdafiə vəkilləri O’Kifinin evin içərisində öldürüldüyünü, daha sonra çölə sürükləndiyini iddia edirlər.

Readın ilk məhkəməsi 2024-cü ilin iyulunda, münsiflər heyətinin ciddi şəkildə bölünməsi səbəbindən işin dayandırılması ilə başa çatdı və ikinci məhkəmə prosesi aprelin 22-də yenidən başladı və burada 49 şahid işlə bağlı ifadə verdi.

İkinci dərəcəli qətldə təqsirli bilinsəydi, Read ömürlük həbs cəzası ilə üzləşəcəkdi.

Orxan

Gununsesi.info