Ramiz Duyğun vəfat etdi

  • By Günel
  • 19 İyun 2025 08:18

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, şair, publisist Ramiz Məlikov (Duyğun) iyunun 19-da vəfat edib.

Gununsesi.info xəbər verir ki, R.Duyğun uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Məmməd oğlu Məlikov 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olub.

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) işləyib.

Ehtiyatda olan tibb xidməti polkovnik, “Hünər” televiziya verilişinin müəlliflərindən biri və aparıcısı idi.

Ramiz Duyğunun “Vətən kimi şirin”, “Vətən beşiyim mənim”, “Göy üzü damar-damar” kimi şeir kitablarının müəllifidir.

O, uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.

Gununsesi.info olaraq yaxınlarına səbr diləyirik.

Allah rəhmət eləsin!

Gununsesi.info