Bakıda idarəetmədən çıxan avtomobil qəza törətdi

  • By Günel
  • 19 İyun 2025 09:11

Paytaxtda idarəetmədən çıxan avtomobil qəza törədib.

Gununsesi.info xəbər verir ki, hadisə Nizami rayonunda, Qara Qarayev və Özbəkistan küçələrinin kəsişməsində baş verib.

İdarəetməni itirən “Toyota-Prius” maneələrə çırpılaraq, qəza törədib.

Hadisə nəticəsində sürücü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info