
İsraildəki vəziyyətlə əlaqədar 100-ə yaxın insan iyunun 19-u səhər saatlarında Litvanın Vilnüs şəhərinə çatdırılıb.
Gununsesi.info xəbər verir ki, məlumatı LRT telekanalı yayıb.
Litva və digər ölkələrin vətəndaşlarından ibarət qrup iyunun 17-də Təl-Əvivdən avtobusla yola düşüb, İordaniyaya keçərək Aqaba hava limanından Litvaya uçub.
Məlumata əsasən təxliyyə prosesi təyyarələrin texniki vəziyyəti və aviasiya şəraiti səbəbindən gecikmələrlə müşayiət olunub.
Təxliyyənin dəyəri təxminən 200 min avro təşkil edir.
Litva baş naziri Gintautas Paluckas bildirib ki, vətəndaşlar bu xidmətə görə ödəniş etməyəcəklər.
Xərclərin əsas hissəsi Aİ-nin Mülki Müdafiə Mexanizmi, qalanı isə Litva hökuməti tərəfindən qarşılanacaq.
Şəbnəm