Azərbaycanlı iş adamı Türkiyənin çempion klubunu alır - Ödəyəcəyi məbləğ ...

  • By Günel
  • 18 İyun 2025 23:10

Türkiyə I Liqasına vəsiqə qazanan “Serik Belediyespor”un səhmlərinin 50 faizi azərbaycanlı iş adamı tərəfindən satın alınacaq.

Gununsesi.info xəbər verir ki, adı açıqlanmayan biznesmen klub səhmlərinin yarısı üçün 4 milyon avro ödəyəcək.

O, əvvəlcə “Antalyaspor”a müraciət edib. Lakin “qırmızı-ağlar” səhmlərinin paylanılması səbəbindən satışa uyğun gəlməyib.

Buna görə də iş adamı “Serik Belediyespor”a üz tutub. (“Ajansspor”)

Gununsesi.info