Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə reaksiya

İraqın ruhani lideri ayətullah Əli əs-Sistani İranın ali rəhbəri ayətullah Əli Xameneiyə qarşı təhdidləri pisləyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Press TV” telekanalı Əli əs-Sistaninin bəyanatına istinadən məlumat yayıb.

“İraqın ruhani lideri Əli əs-Sistani xəbərdarlıq edib ki, bu cür istənilən hərəkət vəziyyət üzərində nəzarətin itirilməsinə və geniş xaosa səbəb ola bilər”, – telekanal bildirib.

 

 

Gununsesi.info