ABŞ vizası alacaq şəxslərin nəzərinə

  • By Admin2
  • 19 İyun 2025 10:13

ABŞ xarici tələbələrə viza üçün müraciət edərkən sosial media hesablarını əlçatan saxlamağı tələb edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti tələbə vizası üçün müraciət edən əcnəbi tələbələr üçün dayandırılmış prosesin yenidən başladığını açıqlayıb.

ABŞ-ın Politico xəbər saytının əldə etdiyi elana görə, əcnəbi tələbələr üçün dayandırılmış viza müraciətləri yenidən açılıb, lakin müraciət edənlərdən sosial media hesablarını giriş üçün açıq saxlamaları tələb olunub.

Departamentin səfirlik və konsulluqlarına göndərilən elanda onlara “siyasi fəallıq tarixçəsi nümayiş etdirən abituriyentləri” işarələmək və “onların ABŞ-də bu cür fəaliyyətlərini davam etdirə biləcəklərini nəzərə almaq” tapşırılıb.

Elanda konsulluq rəsmilərindən müraciət edənlərin internet yazılarında “ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə, qurumlarına və ya təsis prinsiplərinə qarşı hər hansı düşmənçilik əlaməti” olub-olmadığını yoxlamaq xahiş olunur.

Orxan

Gununsesi.info