İran İsrailə zərbələri bu şərtlə dayandıracaq

  • By Günel
  • 19 İyun 2025 20:53

İranın zərbələri yalnız İsrail “cəzalandırıldıqda” və Tehrana təzminat ödədikdə dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

“Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, bəyanatdan sonra İran İsrailə yeni zərbələr dalğasına başlayıb.

Qeyd edilib ki, hazırda bir çox şəhərlərdə həyəcan siqnalları səslənir.

Gununsesi.info